Velosiped Trek Marlin 4 Gen 2 Black
Trek Marlin 4 Gen 2 - Black, M ölçülü velosipedini Apar Ride və Lay`s Maxx-ın birgə təşkil etdiyi veloyürüş yarışında ikinci yeri tutduğuma görə hədiyyə ediblər. 1 illik baxımına və müddətsiz ümumi konstruksiyasına rəsmi servis zəmanəti var və servis xidməti "2 təkər MMC" şirkətinə aiddir. Hədiyyəni təhvil alma və zəmanətin aktivləşmə tarixi: 05.12.2025. Rəngi qaradır (Black). Hədiyyə verilərkən metal gövdə üzərinə Lay`s Maxx logosu vinil ilə yapışdırılıb. Rahat qoparılandır. Alan şəxs istəyinə görə loqonu saxlaya və ya qopara bilər. Velosiped yoxlanış məqsədilə 1 km-dən də az məsafədə sürülüb. Alındığı vəziyyətdə satılır. Alındığı yerdəki satış qiyməti və təlimat kitabçası şəkillərə əlavə olunub.
Təsviri:
Marlin 4 modeli cığırda və gündəlik həyatda asfaltdan kənarda rahat hərəkət etmək üçün dizayn olunmuş hardtail mtb seriyasına daxil olan başlanğıc sinif velosipeddir. Yüngül çərçivə və diyircəkli şinləri professional olmayanlar üçün belə offroad yolları ram etməkdə köməklik göstərir. Aşağı büdcə ilə bir çox xüsusiyyətli velosiped istəyənlər 21 sürətli, ön maşa amortizatorlu və disk əyləcli bu modeldə öz istədiklərini rahatlıqla tapacaqlar. Marlin 4 yeri gəldikdə dağda da sürmək üçün 75 mm amortizatorla təchiz olunub. Gündəlik istifadədə mudguard və səbət quraşdırmaq üçün ön və arxa tərəfdə çıxıntılar yerləşdirilmişdir.
Xüsusiyyətləri:
Çərçivə
Alpha Silver Aluminium
Maşa
SR Suntour XCE 28
Sürətlərin sayı
21
Arxa ötürücü
Shimano Tourney TY300
Qabaq ötürücü
Shimano Tourney TY300
Sürət keçiriciləri
Shimano Altus EF500
Sistem
Shimano Tourney TY301
Əyləclər
Tektro MD-M280 mechanical disc
Çəki (kq)
14.4
Похожие объявления
Показать все- «Торговая сеть и электронная коммерция» в терминалах eManat
- «Объявления и купоны» в терминалах MilliÖn
- «Другие платежи» в терминалах Kapital Bank
- «Объявления и купоны» в терминалах ExpressPay
- «Другие» в терминалах Kassam
- «Объявления и купоны» в терминалах Keşpay
















































